...

Yığmamız Bolqarıstana qarşı

İdman Materials 11 İyun 2024 10:03 (UTC +04:00)

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız Bolqarıstanla yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Samir Əliyevin yetirmələri rəqibini Bakıda qəbul edəcək. Slovakiya ilə səfərdəki yoxlama matçında 2:3 hesabı ilə uduzan komandamız doğma divarlar arasında azarkeşlərini sevindirməyə çalışacaq.

Qeyd edək ki, yığmamız növbəti matçına sentyabrın 6-da çıxacaq. Millimiz AVRO-2025-in seçmə mərhələsində Lüksemburqun qonağı olacaq.

21 yaşadək futbolçular arasında yoldaşlıq oyunu
11 iyun
20:00. Azərbaycan – Bolqarıstan

Bakı. “Liv Bona Dea Arena”.

Xəbər lenti

Xəbər lenti