...

Fernandu Santuşun müqaviləsinin DETALLARI

İdman Materials 13 İyun 2024 12:53 (UTC +04:00)
Fernandu Santuşun müqaviləsinin DETALLARI

Bakı. Trend:

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun müqaviləsinin müddəti bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev açıqlayıb.

O, bu gün təşkil olunan təqdimat mərasimində Santuşla "3+1" illik müqavilə bağlandığını bildirib.

Hacıyev 70 yaşlı portuqaliyalının uğursuzluğa düçar olduğu Polşa millisi və "Beşiktaş"dan kompensasiya almasına da münasibət bildirib: "Səbəbləri bilmədiyimiz üçün qərar vermək düzgün olmaz. Məşqçinin çalışdırdığı komandadan ayrılması normal haldır. Bizimlə müqavilənin müddəti 3+1 illikdir. Burada yer alan təzminat və maddi məsələlərlə bağlı bəndləri açıqlaya bilmərik. Bu da normaldır".

Qeyd edək ki, AFFA tərəfindən Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək vəzifəsi qoyulub.

Xəbər lenti

Xəbər lenti