...

“Zirə”nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

İdman Materials 18 İyun 2024 17:17 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün ilk püşkü atılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İsveçrədəki Futbol Evində gerçəkləşən tədbirdə “Zirə”nin ilk rəqibi bəlli olub.

Rəşad Sadıqovun yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin I təsnifat mərhələsində "Şerif"lə (Moldova) qarşılaşacaq. Premyer Liqanın gümüş mükafatçısı iyulun 11-dəki ilk matçı səfərdə, 18-dəki cavab görüşünü evdə keçirəcək. Bu mərhələdə ümumilikdə 12 komanda 6 cüt təşkil edib.

Qeyd edək ki, sabah Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.

xxx

10:45

Bu gün Avropa Liqasında 2024/2025 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişıər səbətində yer alacaq.

Rəşad Sadıqovun yetirmələrinin 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları 18-də keçiriləcək.

Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komanda bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti