...

Məni orada görmək istəmirdilər, bu, çoxunda narahatlıq yaradırdı - Adil Nağıyev

İdman Materials 18 İyun 2024 17:50 (UTC +04:00)

Bakı. Trend:

“Şamaxı”nın təklifini çox bəyəndim.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Şamaxı”nın yeni transferi Adil Nağıyev deyib.

“Səbail”in sabiq kapitanı komandasını dəyişməsinə münasibət bildirib. Onun sözlərinə görə, Bakı təmsilçisindən ayrılma səbəbi heç də büdcənin azaldılması deyil: “Bu keçiddə maddiyat rol oynamadı. Məni orda görmək istəmirdilər, bu, çoxunda narahatlıq yaradırdı. O səbəbdən də qarşılıqlı şəkildə ayrılmağa qərar verdik”.

Nağıyev yeni klubunda hədəfini də açıqlayıb:

“Komandaya yaxşı yerlərdə olmağa kömək etmək üçün gəlmişəm. Ayxan Abbasovun da bölgə təmsilçisinə baş məşqçi təyin olunması çox sevindirdi. Hər kəs inanır ki, o komandanı yaxşı yerlərə gətirəcək”.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi ötən mövsüm “dənizçilər”in heyətində 17 oyuna çıxıb. O, bu matçlarda 1 assistlə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti