...

Bu, “Qarabağ” üçün qarantiya deyil - Sabiq futbolçu

İdman Materials 19 İyun 2024 17:59 (UTC +04:00)
Bu, “Qarabağ” üçün qarantiya deyil - Sabiq futbolçu

Bakı. Trend:

Püşkdə bəxtimizə münasib rəqib düşdü.

Trend xəbər verir ki, bunu İdman.biz-ə "Qarabağ"ın sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

O, Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində "Hamrun" (Malta) – "Linkoln" (Cəbəllütariq) cütünün qalibinə rəqib olmasını dəyərləndirib. Musayevin sözlərinə görə, püşk yaxşıdır, amma ilk oyunlar komandamız üçün çətin keçəcək: "Qarabağ" hər 2 rəqibdən kifayət qədər güclüdür. Amma ilk qarşılaşmalar hər zaman çətin olur. Təmsilçimizin daha sonra yüksələn oyunla davam etdiyini görmüşük. Düşünürəm ki, ciddi çətinliklə üzləşmədən bu cütün qalibini mübarizədən kənarlaşdırıb yolumuza davam edəcəyik".

Musayev "Qarabağ"ın Çempionlar Liqasında şanslarını da çərh edib: "Ağdamlılar heyəti qoruyub saxlasa, bir neçə oyunçu ilə güclənsə belə, bu, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcəyi qarantiyası deyil. Hər birimiz bunu arzulayırıq. Amma bu çox çətin olacaq. Qrupa düşmək üçün komandanı gücləndirməklə yanaşı, bəxt amili də komandamızın yanında olmalıdır. "Qarabağ" bizdə gözəl oyunu ilə yaxşı bir "iştah" yaradıb. Komandamızda potensial var. Ümid edək ki, bu il onları Çempionlar Liqasının əsas mərhələsində izləyərik".

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti