...

AVRO-2024: Fransa - Niderland görüşü qolsuz bitib

İdman Materials 22 İyun 2024 00:56 (UTC +04:00)
AVRO-2024: Fransa - Niderland görüşü qolsuz bitib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AVRO-2024-ün D qrupunda II tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, çempionata qələbə ilə başlayan Fransa və Niderland yığmaları üz-üzə gəliblər.

Leypsiqdə keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Hər iki komandanın fərqlənmək üçün şansları olsa da, topu qapıdan keçirmək mümkün olmayıb. Qazanılan 1 xal tərəflərin 1/8 finala yüksəlməsi üçün yaxşı imkan yaradıb.

Qeyd edək ki, qrupun son matçları iyunun 25-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti