...

Konor Makqreqor karyerasını bitirməyəcək

İdman Materials 24 İyun 2024 14:38 (UTC +04:00)

Bakı. Trend:

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor karyerası ilə bağlı qərarını açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, irlandiyalı karyerasını bitirməyəcəyini deyib.

O bildirib ki, müqaviləyə əsasən, 2 döyüşü var və bunları keçirəcək:

“Azarkeşlər buna layiqdirlər və biz məqsədə yaxınlaşırıq. Düzdür, konsentrasiyanı itirdim, məşqdə özümü qoruya bilmədim. Zədələndim. İndi bir neçə həftə gözləmək lazımdır. Nə komandam, nə də azarkeşlər qarşısında özümə haqq qazandıra bilmirəm. Növbəti dəfə 100 faiz hazır olacam. Mən qayıdacağam. Müqaviləmin bitməsinə iki döyüşüm qalıb”.

Qeyd edək ki, zədə səbəbindən Makqreqorun UFC 303-də Maykl Çendlerə qarşı görüşü baş tutmayıb. Bundan sonra UFC-nin prezidenti Konorun karyerasını bitirəcəyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti