...

"Çelsi" növbəti rekord transferini həyata keçirə bilər

İdman Materials 27 İyun 2024 06:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Çelsi" isveçli hücumçu Aleksander İsakla maraqlanır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, London klubu növbəti ən bahalı transferini həyata keçirə bilər.

"Zadəganlar" "Nyukasl"ın hücumçusuna 115 milyon funt (136 milyon avro) ödəməyə hazırdır. "Çelsi" ötən mövsümdə Moyzes Kaysedonu eyni məbləğə transfer edib.

Qeyd edək ki, İsak 2023/2024 mövsümündə "Nyukasl"ın heyətində 40 oyunda 25 qol vurub, 2 ötürmə edib. Onun klubla 2028-ci ilin yayına kimi müqaviləsi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti