Bakı. Trend:
“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumata görə, “ağ-qaralar” hazırlığın Türkiyədə keçiriləcək ikinci mərhələsinə bu gün start verəcək.
Ərzurum toplanışı iyulun 26-dək davam edəcək. “Neftçi” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməsi planlaşdırılıb.
Qeyd edək ki, paytaxt təmsilçisinin təlim-məşq toplanışının Bakıda təşkil olunan ilk mərhələsini ötən həftə başa çatıb.