Bakı. Trend:
Türkiyə Futbol Federasiyası prezidenti vəzifəsinə seçkilər keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, İbrahim Hacıosmanoğlu qurumun yeni prezidenti seçilib.
Federasiyaya başçılıq edən Mehmet Büyükeşki favorit hesab olunsa, seçkinin nəticələrə sürpriz olub. Hacıosmanoğlu 5 səs fərqlə üstünlük qazanıb. Yeni prezident 134, əvvəlki isə 129 səs toplayıb.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2005-2007-ci illərdə "Trabzonspor"un rəhbəri olub.