Bakı. Trend:
Adrian Rabyo "Yuventus"la yollarını ayırıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər başa çatan müqavilənin müddətini artırmayıblar. 2019-cu ildən "Yuventus"da çıxış edən fransalı yarımmüdafiəçi 3 titul qazanıb. O, 2023/2024 mövsümündə A Seriyasının 31 matçında 5 qol vurub, 3 ötürmə edib.
Qeyd edək ki, 29 yaşlı futbolçunun "Liverpul" və ya "Mançester Yunayted"ə transfer olunması gözlənilir.