Bakı. Trend:
Dünyanın ən güclü məşqçilərinin siyahısı açıqlanıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.
Cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1673 xala malikdir. O, dünyada 133-cüdür. 2 xal itirən mütəxəssis 2 pillə geriləyib.
“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cüdür. O, bir pillə irəliləyib.
Millimizi çalışdıran Fernando Santos 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı bir addım geriləyib.
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk 423-cü yerdə qalıb. Ukraynalının 1481 xalı var.
Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2240 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.