...

Belçika – İsrail matçının yeri dəqiqləşib

İdman Materials 20 İyul 2024 13:52 (UTC +04:00)

Bakı. Trend:

Millətlər Liqasının Belçika – İsrail oyununun yeri müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, I turun qarşılaşması Macarıstanda keçiriləcək.

Buna Belçika şəhərlərinin rəhbərliklərinin qərarı səbəb olub. Heç bir şəhər təhlükəsizlik səbəbindən matça ev sahibi olmaq istəməyib.

Bu üzdən qarşılaşma Debretsendə təşkil olunacaq. Görüş “Naqyerdey” stadionunda keçiriləcək.

Qeyd edək ki, oyun tamaşaçısız baş tutacaq.

Xəbər lenti

Xəbər lenti