...

"Real"ın illik gəliri 1 milyardı ötüb

İdman Materials 24 İyul 2024 01:58 (UTC +04:00)

Bakı. Trend:

"Real" illik 1 milyard avro gəlir əldə edən ilk klub olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Madrid klubunun maliyyə hesabatı zamanı məlumat verilib.

2023/2024 mövsümünün yekunlarına görə, 1 il əvvələ nisbətən gəlirlər 27 faiz artaraq, 1 milyard 73 milyon olub. Bu hesabata futbolçu transferləri daxil deyil.

Qeyd edək ki, Madrid klubunun kapital dəyəri 574,1 milyon avroya yüksəlib.

Xəbər lenti

Xəbər lenti