Bakı. Trend:
"Neftçi" heyətini ukraynalı hücumçu ilə gücləndirib.
Trend xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Ukraynalı hücumçu Andrey Ştoqrin artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, 88 nömrəli formanı geyinəcək.
Üç fərqli mövqedə – hücumun hər iki cinahında və mərkəzində oynamağı bacaran Ştoqrin 2018-ci ildən yetirməsi olduğu “Çernomorets”in A komandasında çıxış edib. Odessa təmsilçisinin əsas heyət üzvü olan hücumçu 2023/24 mövsümündə 34 oyun keçirib, 12 qol vurub.