Bakı. Trend:
İspaniya Olimpiya millisi Parisdə keçirilən Oyunların finalında Fransanı 5:3 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, final oyunu "Park de Prens" stadionunda keçirilib.
Oyunun əsas vaxtı heç-heçə (3:3) ilə başa çatıb, ispanlar əlavə vaxtda daha iki qol vurub.
Bürünc medalı uğrunda görüşdə Misiri 6:0 hesabı ilə məğlub edən Mərakeş komandası qələbə qazanıb.
İspaniya ikinci dəfə Olimpiadanın çempionu oldu, bundan əvvəl İspaniya 1992-ci ildə Barselonada keçirilən Oyunların qalibi oldu.