Bakı. Trend:
“Neftçi”nin iki oyununun yeri dəyişdirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Qurum “Neftçi Arena” stadionunun ot örtüyünün yararsız hala
düşməsini, idman qurğusunda aparılan bərpa işlərini, “Neftçi”nin
rəsmi müraciətini, “Şamaxı”nın razılığını nəzərə alaraq belə addım
atıb. Azərbaycan Premyer Liqasının III və V turları ilə bağlı
dəyişikliklər edilib.
III turun “Neftçi” - “Sabah” oyunu əvvəlcədən nəzərdə tutulduğu
kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq.
Oyunun günü, vaxtı ilə bağlı dəyişiklik edilməyib.
V turun “Neftçi” - “Şamaxı” matçı ilə XIII“Şamaxı” – “Neftçi”
oyununun yeri dəyişdirilib. Bu, klubların əvəzedici heyətlərinin
oyununa şamil edilməyib..
Qeyd edək ki, “Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri
VII turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.