Bakı. Trend:
Ölkəmizi Çempionlar Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ”ın oyunu təxirə salınıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə qərarı PFL verib.
Bu, klubun quruma rəsmi müraciəti əsasında gerçəkləşib. “Qarabağ” qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ”ın müraciətini, “Şamaxı”nın razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan PFL 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq belə qərar verib. III turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qəbul edilib. Təxirə salınmış oyunun tarixi dəqiqləşməyib.
Qeyd edək ki, klubların əvəzedici heyətlərinin oyunu ilə bağlı hər hansı bir dəyişiklik edilməyib.