Bakı. Trend:
Türkiyə Superliqasında daha 3 oyun keçirilib.
Trend İdman.biz-ə xəbər verir ki, iki qarşılaşma daha məhsuldar alınıb.
"Başakşəhər" - "Alanyaspor" və "Beşiktaş" - "Antalyaspor" matçları eyni hesabla başa çatıb. Meydan sahibləri 4:2 hesabı ilə qaliblər gəliblər.
"Beşiktaş" ardıcıl ikinci qələbəsini qazanıb. Çiro İmmobile dubl edib. Qələbə "qara qartallar"ı 1-ci pilləyə yüksəldib.