Bakı. Trend:
Çempionlar Liqasında pley-off mərhələsi davam edir.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində 4 matç keçirilib.
Bu qarşılaşmalarla ilk oyunlara yekun vurulub. “Qalatasaray” səfərdə “Yanq Boyz”la üz-üzə gəlib. Türkiyə çempionu 2:3 hesabı ilə uduzub. "Sparta" və "Zalsburq" səfərdə 2:0 hesabı ilə qələbə qazanaraq, cütün qalibi olmaq üçün yaxşı şans qazanıb.
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
21 avqust
23:00. “Yanq Boyz” - “Qalatasaray” - 3:2
23:00. "Midtulland" - "Slovan" - 1:1
23:00. "Malmö" - "Sparta" - 0:2
23:00. "Dinamo" K - “Zalsburq” - 0:2
Qeyd edək ki, cavab matçları avqustun 27-28-də keçiriləcək.