...

Əliyar Ağayev Rumıniya millisinin oyununa təyinat alıb

İdman Materials 3 Sentyabr 2024 15:52 (UTC +04:00)
Əliyar Ağayev Rumıniya millisinin oyununa təyinat alıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin I turunda keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərindəki “Fadil Vokrri” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti