Bakı. Trend:
“Paris-2024 Paralimpiya Oyunlarında əldə etdiyimiz naliyyət Azərbaycan parataekvondosunda yeni tarix yazdı”.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu parataekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.
Təcrübəli mütəxəssis bildirib ki, Azərbaycan millisi 52 ölkə arasında mübarizə apararaq bu nəticəyə sahib olub: “Hər görüşdən öncə biz hazırlıq keçirdik. İstər fiziki, istərsə də texiniki-taktiki baxımdan çox yaxşı hazırlaşmışdıq. Bizim üçün bütün görüşlər final kimi idi. Motivasiyamız yaxşı olub ki, belə nəticə ilə Vətənə geri dönə bildik”.
Qeyd edək ki, Azərbaycanın parataekvondo millisi Paralimpiya Oyunlarını 1 qızıl və 1 bürünc medalla başa vurub.