Bakı. Trend:
Sentyabrın 13-15-də Zalsburqda (Avstriya) karate üzrə A seriyasının final mərhələsi keçiriləcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, burada 78 ölkədən 1300 idmançı iştirak edəcək.
Azərbaycan komandası yarışda altı idmançı ilə təmsil olunacaq. Avstriyada Ramil Baxşəliyev (67 kq), İnci Əzizova, Xumar Əlibəyova (hər ikisi 50 kq), Suada Kərimova (55 kq), Aysu Əliyeva və Renata Ərəbli (hər ikisi 67 kq) çıxış edəcəklər.
Qeyd edək ki, A seriyasının əvvəlki mərhələləri Afina (Yunanıstan) və Larnaka (Kipr) şəhərlərində keçirilib.