...

Ukraynalı qapıçı daha 6 il “Real”da

İdman Materials 14 Sentyabr 2024 00:37 (UTC +04:00)

Bakı. Trend:

İspaniyanın "Real" klubu ukraynalı qapıçı Andrey Luninlə müqaviləni uzadıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yeni müqavilənin müddəti 30 iyun 2030-cu ilə qədərdir.

Lunin "kral klubu"na 2018-ci ildə, 19 yaşında qoşulub və 2020-ci ildən əsas komandanın heyətinə cəlb olunub. Bu illər ərzində Andrey komandanın tərkibində 10 kubok, 2 Çempionlar Liqası, 1 Klublararası dünya çempionatı, 2 UEFA Super Kuboku, 2 La Liqa, 1 İspaniya Kuboku və 2 İspaniya Super Kubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti