Bakı. Trend:
İngiltərənin "Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasına qarşı əlaqəli tərəflərlə sövdələşmələrə görə məhkəmədə qalib gəlib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Dinləmədə liqanın ilkin qaydalarının Böyük Britaniyanın rəqabət qanununu pozduğu və liqanın özünün də klublar üzərində dominant mövqeyindən sui-istifadə edildiyi müəyyən edilib.
Qaydalar qeyri-qanuni elan edilib və liqanın "Mançester Siti" ilə iki sponsorluq müqaviləsi üzrə qərarları ləğv olunub.