Bakı. Trend:
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Nürnberq" komandasının heyətində növbəti qolunu vurub.
Trend-in məlumatına görə, 27 yaşlı hücumçu Almaniya II Bundesliqasının XI turu çərçivəsində "Hamburger"ə qarşı oyunun 63-cü dəqiqəsində komandasının yeganə qolunu vurub və "Nürnberq"i məğlubiyyətdən xilas edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Mahir Emreli daha əvvəl IX turda "Qroyter"ə, X turda "Reqensburq"a və Almaniya Kubokunda "Hoffenhaym"a qarşı oyunlarda da fərqlənmişdi. Hazırda "Nürnberq" 11 turdan sonra 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.