Bakı. Trend:
İspaniya milli komandasının sabiq ulduz futbolçusu Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.
Trend xəbər verir ki, Argentina nəhəngi "Boka Xuniors" 38 yaşlı təcrübəli müdafiəçini heyətinə qatmağa maraq göstərir. Klub rəhbərliyinin yaxın günlərdə Ramosla danışıqlara başlaması gözlənilir.
Xatırladaq ki, Serxio Ramos son olaraq "Sevilya"da çıxış edib və 2023/2024 mövsümünün sonunda klubsuz qalıb. "Boka Xuniors"a keçid, onun üçün Cənubi Amerikada yeni bir səhifə aça bilər.