...

Paris Zərbxanasına neçə qüsurlu medal qaytarılıb?

İdman Materials 1 Mart 2025 09:12 (UTC +04:00)
Paris Zərbxanasına neçə qüsurlu medal qaytarılıb?
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il Paris Yay Olimpiya Oyunlarının iştirakçılarından 220 şikayət daxil olub.

Trend xəbər verir ki, bu barədə Paris Zərbxanası məlumat yayıb.

Bildirilib ki, medallarında problem yaranan atletlər üçün yeni medal hazırlanaraq təhvil verilir.

Olimpiya oyunları vaxtı verilmiş 5084 medalın 4 faizinin qüsurlu olduğu ehtimal edilir. Ən ciddi problem bürünc medallarda müşahidə olunur.

Qeyd edək ki, bir müddət əvvəl Milli Olimpiya Komitəsi Azərbaycan idmançılarının Paris Olimpiadasında qazandığı medalların keyfiyyətini itirməsi ilə bağlı bütün medallara baxıldıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edəcəyini açıqlamışdı.

Bildirilmişdi, problemlə bağlı ətraflı araşdırma aparılır:

""Paris-2024" Yay Olimpiya Oyunlarında əldə etdikləri medalları korlanan idmançıların problemləri ilə bağlı ətraflı araşdırmalar aparılır. Bir neçə idmançı bu problem ilə qarşılaşıb. Hələ ki, bütün idmançılar bizə müraciət etməyib. Bütün medallara baxılacaq. Araşdırmalar yekunlaşdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət ediləcək".

Əlavə edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında medal qazanan bir sıra idmançısı medalların keyfiyyətsiz olduğunu, onların rənginin getdiyini və üzünün soyulduğunu bildiriblər.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafat qazanmış idmançılar 100-dən çox medalı istehsalın keyfiyyətsizliyi ilə bağlı şikayətlərlə təşkilat komitəsinə qaytarıblar.

İlk şikayətlərdən sonra təşkilat komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib. Lakin mükafatların kütləvi şəkildə qaytarılması fonunda medalların hazırlandığı Paris Zərbxanasının direktoru Mark Şvarts istehsalat şöbəsinin üç rəhbərini işdən çıxarmaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti