Bakı. Trend:
Cari ildə keçiriləcək Klublararası Dünya Çempionatının mükafat fondu bir milyard dollar təşkil edəcək.
Trend xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
Turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Müsabiqənin dörd ildən bir keçirilməsi planlaşdırılır.
Klublararası Dünya Çempionatı ilk dəfə 32 komandanın iştirakı ilə təşkil olunacaq. Yarışda Avropadan 12 klub (o cümlədən Çempionlar Liqasının son 4 qalibi, həmçinin klub reytinqində ən yaxşı 8 komanda), Cənubi Amerikadan 6, Şimali Amerika, Afrika və Asiyadan 4, Okeaniyadan 1 klub və ev sahibi ölkənin təmsilçisi mübarizə aparacaq.