...

Arda Güler Almaniya klublarının maraq dairəsində

İdman Materials 6 Mart 2025 08:10 (UTC +04:00)
Arda Güler Almaniya klublarının maraq dairəsində
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyəli gənc ulduz Arda Güler Almaniya klublarının maraq dairəsinə düşüb.

Trend xəbər verir ki, hazırda “Real Madrid” klubunda çıxış edən futbolçu, növbəti mövsümdə komandasını dəyişə bilər.

Bir neçə gün əvvəl “Bavariya”nın Arda ilə maraqlandığı xəbərləri yayılmışdı. İndi isə bu siyahıya “Leypsiq” və “Ayntraxt” da əlavə olunub. Ardanın icarə əsasında bu alman klublarından birinə keçməsi mümkündür.

Madrid klubunda istədiyi şansı qazanmayan Arda ilə yanaşı, Endrik də bu addımı ata bilər.

Qeyd edək ki, Arda bu mövsümdə bütün turnirlərdə 29 oyunda 3 qol vurub və 5 ötürmə verib

Xəbər lenti

Xəbər lenti