Bakı. Trend:
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC313 turnirində yüngül çəki dərəcəsində revanş döyüşüna çıxıb.
Trend xəbər verir ki, döyüş ABŞ-nin Las Veqas şəhərində keçirilib.
32 yaşlı idmançı UFC 313 turnirində Amerika təmsilçisi Castin Qetci ilə qarşılaşıb.
Üç raundun nəticələrinə əsasən R.Fiziyev məğlub olub.
xxx
06:00
Azərbaycanın ən tanınmış MMA ustalarından biri Rafael Fiziyev bu gün karyerasının ən vacib döyüşlərindən birinə çıxacaq.
Trend xəbər verir ki, 33 yaşlı idmançı ABŞ-nin Las Veqas şəhərində keçirilən UFC313 turnirində yüngül çəki dərəcəsində gücünü sınayacaq. Onun rəqibi amerikalı döyüşçü Castin Qeycidir.
Fiziyev UFC-də Qeycidən iki dəfə az döyüş keçirməsinə və reytinqdə daha aşağı pillədə (11-ci yer) qərarlaşmasına baxmayaraq, görüşün favoriti sayılır. Mütəxəssislər bunun səbəbini onun uzun fasilədən sonra döyüşə yüksək motivasiya ilə çıxması və güclü əl-ayaq zərbələrinə malik olması ilə izah edirlər.
Bu döyüş həm də revanş xarakteri daşıyır. "Ataman" ləqəbli Fiziyev 2023-cü ildə Qeyciyə məğlub olub və uzun müddət dizindəki zədə səbəbindən yarışlardan kənarda qalıb. İndi isə o, Las Veqasa qələbə üçün gəlib.
Fiziyevin yer aldığı əsas kartın döyüşləri martın 9-da Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.