...

"Beşiktaş" heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır

İdman Materials 18 Mart 2025 22:34 (UTC +04:00)
"Beşiktaş" heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin "Beşiktaş" klubu yay transfer dönəmində heyətində köklü dəyişikliklər etməyi planlaşdırır.

Trend xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda səkkiz futbolçusu ilə yollarını ayırmağı nəzərdə tutur.

"Beşiktaş" Joao Mario, Aleks Oksleyd-Çemberleyn, Ciro İmmobile, Qabriel Paulista, Ernest Muçi, Baxtiyor Zaynutdinov, Salih Uçan və Onur Bulutla əməkdaşlığa son qoyacaq.

"Qara qartallar" bu futbolçularla vidalaşmaqla həm maaş büdcəsini azaltmağı, həm də yeni transferlər üçün vəsait toplamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti