...

"Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

İdman Materials 21 Mart 2025 00:22 (UTC +04:00)
"Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçlarının rəqibləri müəyyənləşib.

Trend xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən Elmar Qasımov (100 kq) ev sahibi idmançı İmeda Qoqoladze ilə üz-üzə gələcək.

Qeyd edək ki ki, Azərbaycan yarışda 8 çəki dərəsində 11 cüdoçu ilə (7 kişi, 4 qadın) təmsil olunacaq.

Yarış bu gün Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

Kişilər

60 kq
1/16 final
Murad Muradlı - Jaba Papinaşvili (Gürcüstan)

66 kq
1/16 final
Nazir Talıbov - Laşa Nadiradze (Gürcüstan)
Rəşad Yelkiyev - Luka Saqanelidze (Gürcüstan)

73 kq
1/32 final
Qədir Hüseynov - Viktor Sterpu (Moldova)
1/16 final
Rüfət Şövlətov - Alberto Qaytero (İspaniya) / Andres Sandoval (Kolumbiya) cütünün qalibi ilə

81 kq
1/32 final
Məhərrəm İmamverdiyev - Yaniv Aqronov (İsrail)

100 kq
1/16 final
Elmar Qasımov - İmeda Qoqoladze (Gürcüstan)

Qadınlar

52 kq
1/8 final
Aydan Vəliyeva - Qal-od Tserentoqtox (Monqolustan)

57 kq
1/16 final
Fidan Əlizadə - Bianka Reis (Braziliya)

70 kq
1/16 final
Günel Həsənli - Kaya Şuster (Sloveniya)
Südabə Ağayeva - Qyoya Vetterli (İsveçrə)

Xəbər lenti

Xəbər lenti