Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib.
Milli Olimpiya Komitəsindən (MOK) Trend-ə verilən məlumata görə, 40-dan çox ölkənin iştirak etdiyi görüşdə ölkəmizi MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib.
Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin, təşkilati məsələləri, atletərin yeləşdirilməsi və yaradılan şəraitlə də bağlı müzakirələr aparıblar.
Azərbaycan komandası 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə yarışlarda iştirak edəcək.
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək.