Bakı. Trend:
Hayfa "Makkabi"sinin yarımmüdafiəçisi Qadi Kinda 32 yaşında vəfat edib.
Trend-in məlumatına görə, bu barədə İsrailin “13TV” telekanalı xəbər yayıb.
Məlumata əsasən, futbolçu xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, may ayının əvvəlində Hayfadakı xəstəxanaya yerləşdirilib, daha sonra Tel-Əvivdəki tibb mərkəzinə köçürülüb və orada dünyasını dəyişib.
Qadi Kinda karyerası ərzində "Makkabi" ilə yanaşı, "Aşdod", ABŞ-ın "Kanzas-Siti" və Qüdsün "Beytar" klublarında da çıxış edib. Cari mövsümdə "Makkabi"nin heyətində 30 oyuna çıxan futbolçu 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Kinda, həmçinin İsrail milli komandasının formasını 10 dəfə geyinib və 2 qola imza atıb.