Bakı. Trend:
Misli Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün iki qarşılaşma baş tutub.
Trend xəbər verir ki, “Karvan-Yevlax” Şamaxı şəhər stadionunda “Zirə”ni qəbul edib.
Gərgin mübarizə şəraitində keçən oyun qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər qarşılaşmada “Neftçi” “Palms Sports Arena”da “Kəpəz”lə üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri qalib gəlib.
14:00. “Karvan-Yevlax” – “Zirə” 2:3
17:00. “Neftçi” – “Kəpəz” 5:1
