...

Zirə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib

İdman Materials 2 Dekabr 2025 21:45 (UTC +04:00)
Zirə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunda daha bir 1/4 finalçı müəyyənləşib.

Trend-in məlumatına görə, 1/8 final mərhələsində Neftçi-ni qəbul edən Zirə 1:0 hesabı ilə qalib gəlib və növbəti raunda adlayıb. Matçın yeganə qolunu 116-cı dəqiqədə Junior Martins vurub.

Qəsəbə təmsilçisi 1/4 finalda Difai – Sumqayıt cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Turan Tovuz 1/4 finala yüksələn ilk komanda olmuşdu. 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti