Bakı. Trend:
Nüfuzlu idman və biznes nəşri "Sportico" 2025-ci ilin yekunlarına əsasən dünyanın ən yüksək gəlir qazanan qadın idmançılarının siyahısını açıqlayıb.
Trend xəbər verir ki, artıq üçüncü ildir ki, siyahıya 21 yaşlı amerikalı tennisçi Koko Qauff başçılıq edir. Onun illik gəliri 31 milyon dollar təşkil edib.
Reytinqdə ikinci yerdə dünya birincisi olan tennisçi Arina Sobolenko qərarlaşıb. Belaruslu idmançı bu il 30 milyon dollar qazanıb.
İlk üçlüyü isə polşalı tennisçi İqa Şvyontek tamamlayır. Onun 2025-ci ildəki gəliri 23,1 milyon dollar olub.