Bakı. Trend:
Futbol üzrə Braziliya A seriyasında çempion müəyyənləşib.
Trend xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Juninyonun çıxış etdiyi “Flamenqo” çempionatın qalib olub.
Rio-de-Janeyro təmsilçisi tarixində 8-ci dəfə Braziliya çempionu olub.
Felipe Luisin çalışdırdığı komanda bu mövsüm 5-ci titulunu qazanıb: A seriyası, Libertadores kuboku, Braziliya kuboku, Braziliya superkuboku və Rio-de-Janeyro çempionatı.