Bakı. Trend:
"Başakşehir" və "Fənərbaxça"nın sabiq baş məşqçisi Emre Belözoğlunun yeni iş yeri müəyyənləşib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis "Kasımpaşa"nı çalışdıracaq. Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Lakin onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb. Belözoğlu bu vəzifədə Şota Arveladzeni əvəzləyib.
Qeyd edək ki, "Kasımpaşa" hazırda Superliqanın turnir cədvəlində 13 xalla 14-cüdür.
Xatırladaq ki, E.Belözoğlunun son klubu "Antalyaspor" olub. O, oktyabrın 7-də istefa verib.