Bakı. Trend:
Ukrayna Futbol Assosiasiyası (UFA) 2026-cı il dünya çempionatının seçmə oyunlarında baş verən intizam pozuntularına görə UEFA tərəfindən rəsmi şəkildə cəzalandırılıb.
Trend-in məlumatına görə, Ukrayna – İslandiya (2:0) matçından sonra UEFA UFA-ya 19 min avro məbləğində cərimə kəsib. Sanksiyalara azarkeşin meydana daxil olması və tribunada pirotexnikadan istifadə halları daxildir.
Digər cəza Avro-2024-ün pley-off mərhələsində Bosniya və Herseqovina ilə keçirilən görüş zamanı stadionda nümayiş etdirilən “Rusiya terrorist dövlətdir” bannerinə görə tətbiq olunub. Bu səbəbdən UFA əlavə cərimə ödəməli olacaq.
Qeyd edək ki, Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu 26 mart tarixində İsveç yığmasına qarşı keçirəcək.
