Bakı. Trend:
“Liverpul” klubu baş məşqçi Arne Slotla yolları ayırmaq ərəfəsindədir və bu postla bağlı planlar çərçivəsində Xabi Alonsonun ətrafı ilə əlaqə saxlayıb.
Trend xəbər verir ki, mersisayd təmsilçisi ispan mütəxəssisə komandanın sükanı arxasında onu görmək istədiyini çatdırıb.
Məlumata görə, Xabi Alonso yenidən işə qayıtmağa hazırdır, lakin ona təqdim olunan ilk təkliflə dərhal razılaşmaq niyyətində deyil. Bildirilir ki, 42 yaşlı mütəxəssis gələcək karyerası ilə bağlı qərar verərkən layihənin idman baxımından perspektivlərini və uzunmüddətli planlarını əsas meyar kimi götürür. Bu səbəbdən o, bütün variantları diqqətlə dəyərləndirmək istəyir.
Qeyd edək ki, Xabi Alonso futbolçu karyerası ərzində 2004–2009-cu illərdə “Liverpul” klubunun formasını geyinib.
