Bakı. Trend:
"Barselona" futbol klubu hakimlikdən şikayət edən Kral İspaniya Futbol Federasiyasına (RFEF) rəsmi məktub göndərib.
Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.
Məktubda klub hakimlərin qərar qəbul etməsindəki uyğunsuzluğundan narazılığını bildirib və VAR (video köməkçi hakim yardım sistemləri) danışıqlarının səs yazılarının dərc olunmasını tələb edib. "Barselona" həmçinin ciddi səhvlər və ya səhlənkarlıq hallarında hakimlər üçün ictimai cəzalar müəyyən edən xüsusi intizam kodeksi və ya qaydalarının yaradılmasını təklif etdi.
Qeyd edək ki, fevralın 12-də "Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kuboku yarımfinalının "Atletiko Madrid"ə qarşı ilk oyununda (0-4) hakimliyi tənqid etdi. Cavab oyunu martın 3-də oynanılacaq.