...

Tələbələr “FINCA Azerbaijan”da təcrübə keçdi (FOTO)

İqtisadiyyat Materials 24 Avqust 2016 12:22 (UTC +04:00)

Bakı. Trend:

Tələbələr “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında təşkil olunan yay təcrübə proqramında iştirak edib.  “FINCA Azerbaijan”dan Trend-ə verilən məlumata görə, müxtəlif universitetlərdən olan 5 nəfər tələbə Təşkilatın baş ofisində 1 ay müddətinə təcrübə keçərək şirkətin real iş mühiti ilə yaxından tanış olmuş və bir sıra  yeni vərdişlərə yiyələnmişdir.

Yay təcrübə proqramının yekunu olaraq  tələbələrə tövsiyə məktubları təqdim olunub. “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant təqdimat mərasimində iştirak edərək tələbələrə bu proqrama qoşulduqları üçün təşəkkür etmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır.

“FINCA-dakı yay təcrübə proqramı mənim üçün çox faydalı oldu. İlk öncə səmimi mühit, əməkdaşların öz təcrübəsini paylaşmaq həvəsi mənim çox xoşuma gəldi. Nəzəriyyədə öyrəndiyim bir çox şeyləri praktikada görə bildim və bəzi vərdişlərə yiyələndim”, -deyə Təşkilatın  Marketinq departamentində təcrübə keçmiş  Eltac Həsənova bildirib.

Yay təcrübə proqramı Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində təşkil olunub. Bu layihədə bir sıra bank-maliyyə qurumları iştirak edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunur və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri həyata keçirilir. Təlimlərin sonunda keçirilən test imtahanında uğurlu nəticə nümayiş etdirən tələbələr 1 aylıq təcrübə proqramına cəlb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti