Bakı. Trend:
Dövlət Taxıl Fondu üçün yüksək keyfiyyətli buğdanın tədarükünün vaxtı noyabrın 1-dək uzadılıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yerli buğda istehsalçılarından tədarük olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 270 AZN-dən 280 AZN-yə qaldırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi iyunun 21-də Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan etmişdi.