...

Kapital Bank “Xəzri” sistemi üzrə tərəfdaşların sırasını genişləndirir

İqtisadiyyat Materials 12 Oktyabr 2016 11:34 (UTC +04:00)
Kapital Bank “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir.
Kapital Bank “Xəzri” sistemi üzrə tərəfdaşların sırasını genişləndirir

Trend-i buradan izləyin

Bakı. Trend:

Kapital Bank “Xəzri” təcili pul köçürmələri üzrə tərəfdaşların sayını artırmaqda davam edir. Bankdan Trend-ə verilən məlumata görə, Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Tacikistan və Gürcüstan kimi ölkələrin banklarında bu sistem mövcuddur.

“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də yuxarıda sadalanan ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.

Qeyd edək ki, ölkədə Ata Bank, AFB Bank və VTB-Azərbaycan bu sistemə qoşulan tərəfdaşlar sırasındadır. Müştərilər bu bankların filiallarında da “Xəzri” vasitəsilə köçürmələrin həyata keçirə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti