...

"Mikromaliyyənin regionların inkişafında rolu" mövzusunda təlim keçirilib (FOTO)

İqtisadiyyat Materials 12 Dekabr 2016 11:18 (UTC +04:00)

Bakı. Trend:

“FINCA Azerbaijan” Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində tələbələr üçün növbəti təlim sessiyası təşkil edib.

“FINCA Azerbaijan”dan Trend-ə verilən məlumata görə, bu dəfə “Mikromaliyyənin regionların inkişafında rolu” mövzusunda təşkil olunan təlimdə tələbələrə Təşkilatın ümumi fəaliyyəti və kiçik sahibkarların dəstəklənməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verilib.

“FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrantın iştirakı ilə baş tutan interaktiv təlim sessiyasında tələbələrə mikromaliyyənin önəmi və onun regionlarda bir sıra biznes sahələrinin inkişafına verdiyi töhfələr izah olunub. Təşkilatın rəhbəri həmçinin tələbələrin hazırkı iqtisadi vəziyyət və gələcək prespektivlər barədə olan bir sıra suallarını da cavablandırıb.

Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsində bir sıra bank-maliyyə qurumları iştirak edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər keçirilir və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri təşkil olunur. Bu layihəni uğurla başa vuracaq tələbələrdən bir neçəsi “FINCA Azerbaijan”da təcrübə keçmək imkanı qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti