...

“Neft Daşları”nda daha bir quyu istismara verilib

İqtisadiyyat Materials 6 Yanvar 2017 12:05 (UTC +04:00)

Bakı. Trend:

“Neft Daşları” yatağındakı 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına iostinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 2387 saylı stasionar dəniz özülündə 2414 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul verib, 1365-1360 metr intervaldan sutkalıq 15 ton neft və 7500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti