...

PwC dünyada ən nüfuzlu brendlərdən biri kimi tanınıb

İqtisadiyyat Materials 9 Fevral 2017 13:57 (UTC +04:00)

Bakı. Trend:

PwC brendi peşəkar xidmətlər göstərən şirkətlər siyahısında yenidən birinci yerə layıq görülüb. PwC brendi “Brand Finance 2017” reytinqində ən nüfuzlu brendlərin onluğuna daxil olub.

“Brand Finance” reytinqi dünyanın 500-dən artıq tanınmış şirkətlərinin brend dəyərinin illik qiymətləndirilməsi nəticələrini özündə əks etdirir. Artıq yeddinci ildir ki, PwC ən yüksək reytinqə (AAA+) layiq görülür, bu isə PwC brendinin ən güclü və səmərəli idarə edilən brend olduğunu təsdiqləyir.

PwC 2017-ci ildən “Brand Finance” reytinqində 100 aparıcı qlobal brendlər siyahısına daxildir və yüksək texnologiyalar və istehlak xidmətləri sektorunun brendləri tərəfindən kəskin rəqabətə baxmayaraq kommersiya xidmətləri üzrə brendlər reytinqində ən yüksək pillədə qərarlaşıb.
Qiymətləndirmə bir sıra meyarlara, o cümlədən brendin tanınması, brend məmnunluğu, verilmiş tövsiyələr, maliyyə göstəriciləri, daxili investisiyalar, bazar payı və gəlirlərə əsaslanır. Reytinq hazırlanarkən korporativ məsuliyyət, idarəetmə sistemi, eləcə də daxili və kənar maraqlı tərəflərin rəyləri də nəzərə alınır. Bundan sonra digər şirkətlərin göstəriciləri nəzərə alınaraq təşkilatlara reytinq verilir. PwC şirkəti həmin sektorda fəaliyyət göstərən rəqib şirkətlər arasında ən yüksək yer tutmuşdur.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz bu məqsədə müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərməklə nail oluruq. PwC-nin Bakı ofisində 6 ölkədən 130-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

© 2017 PwC. Bütün hüquqlar qorunur. PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 157 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 223,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti