Bakı. Samir Əli - Trend:
Göyçay rayonunda 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir.
Bu barədə Trend-ə "Azəeavtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib:
"4-cü texniki dərəcəyə uyğun yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Salınacaq yolun 2 hərəkət zolaqlı olmaqla, hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edəcək. Yenidənqurma işləri zamanı sözügedən yol 6-7 metrdən 10 metrə qədər genişləndirilir".